Daha bir qətl: 22 yaşlı oğlan öldürülüb

Daha bir qətl: 22 yaşlı oğlan öldürülüb
12:14 11 Yanvar 2015
185 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöl rayonunda törədilmiş qətlin üstü açılıb. Lent.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, dünən saat 20 radələrində bıçaqlanaraq qətlə yetirilən şəxsin adı və cinayəto törədənin kimliyi məlum olub. Müəyyən edilib ki, öldürülən gənc Gəncə sakini, 22 yaşlı Ülvi Əliyevdir. Aparılan araşdrımalar zamanı Ülvi Əliyevin həmyerlisi, 22 yaşlı Turqut Məmmədov tərəfindən bıçaqlandığı məlum olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Turqut Məmmədov saxlanılıb.

Qeyd edək ki, hadisə Göygöl rayonunun Qızılqaya qəsəbəsi ərazisində baş verib. Bıçaq xəsarətləri alan 20-25 yaşlı gənc oğlan yaralı vəziyyətdə tapılıb. O, xəstəxanaya çatırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Göygöl rayon prokurouluğunda cinayət işi başlanılıb. İstintaq aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR