Play Store

Fındıq ixracı ölkəyə 114 milyon dollar gətirib - Nazirlikdən AÇIQLAMA

Fındıqçılıq son illər ərzində Azərbaycanda inkişaf edib.

Statistikaya əsasən 2000-ci ildə Azərbaycanda sahəsi 18 min hektar olan fındıq bağlarının sahəsi 2013-cü ildə 30 min, 2015-ci ildə 32 min 700 hektara çatıb.

Bu gün Azərbaycan 25 ölkəyə fındıq ixrac edir. Həmin ölkələr sırasında İtaliya, RusiyaAlmaniya ilk sıralardadır.

“Fındıq ixracı 2017-ci ildə ölkəyə 114 milyon dollar gətirib”.

Bunu Metbuat.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov bildirib.

Onun sözlərinə görə, fındıq ixracyönümlü sahədir:

“Yeni salınmış bağlar da nəzərə alınmaqla 2016-cı ildə fındığın əkin sahəsi 55 min 117 hektar olub. Əvvəlki illərdə 32-33 min hektar fındıq bağı mövcud idi. Cənab Prezidentin tapşırığından sonra bu sahə prioritet elan edildi. 2016-cı ildən yeni fındıq bağlarının salınması prosesinə başlanıldı. 2016-cı ildə Statistika Komistəsinin məlumatı 55 min 117 hektar oldu. Həmin sahələrdən 34 min 271 ton məhsul yığıldı.

2017-ci ildə də rayonlarda fındıq bağlarının salınması prosesi həyata keçirildi. 2016-cı ildə 55 min 117 hektar olan ərazi 2017-ci ildə 66 min 488 hektar oldu. Bu proses əsasən 12 rayonda – Qax, Zaqatala, Qəbələ, Balakən, Xaçmaz, Qusar, Oğuz, Şəki, Şabran, Quba, İsmayıllı və Yevlaxda həyata keçirildi. Həyata keçirilən tədbirlər nəticəsində ölkə üzrə 2016-cı illə müqayisədə 2017-ci ildə təxminən 12 min yeni hektarda fındıq bağı salındı. Fındıq bağlarıın ümumi sahəsi 67 min hektara çatdırıldı. 2016-cı ildə 105 milyon dollar məhsul ixrac olunmuşdu. 2017-ci ildə bu ixrac artaraq 114 milyon dollar oldu.

Fındıq ölkəyə valyuta gətirən istehsal sahəsidir. Bunun potensialı var. Azərbaycanda əkin sahələri genişlənir. Bağlara qulluq işləri yaxşılaşdırılır və dövlətin çoxşaxəli dəstəyi fonunda gələcəkdə həm yerli tələbatı ödəmək, həm də ixrac potensialını artırmaq nəzərdə tutulub”.

Xəyalə Məmmədova / METBUAT.AZ

“Avropa İttifaqının özü də bu layihəyə böyük önəm verir” – Millət vəkillərindən açıqlama – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR