Britaniya ölkəni tərk etməli olan diplomatların siyahısını Rusiyaya verib

London Böyük Britaniya ərazisini tərk etməli olan Rusiya diplomatlarının siyahısını Moskvaya təqdim edib.

Metbuat.az xəbər verir ki, bu barədə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-1” telekanalının efirində məlumat verib və Rusiyanın cavab tədbirləri hazırlayacağını bildirib. Onun sözlərinə görə, həmin diplomatlar arasında hərbi attaşeliyin nümayəndələri də var. Siyahı diplomatik kanallarla Rusiya tərəfinə ötürülüb. “Bizim cavab tədbirlərimiz hazırlanır və Britaniya tərəfinə təqdim olunacaq”, - Zaxarova belə deyib.

Xatırladaq ki, Britaniya hökumətinin başçısı Tereza Mey martın 14-də parlamentin deputatları qarşısında çıxışı zamanı Baş Kəşfiyyat İdarəsinin sabiq zabiti Sergey Skripalın və onun qızının zəhərlənməsində Rusiyanı ittiham edib. Rusiya XİN bu ittihamı təkzib edib və RF-nin Londondakı səfirliyi qarşı tərəfə Solsberidəki fövqəladə hadisəni birgə təhqiq etməyin zəruriliyini bildirən nota göndərib.

Tereza Mey bu notaya məhəl qoymayıb və Rusiyaya qarşı yönəlmiş tədbirlərin siyahısını açıqlayıb. Rəsmi London 23 rusiyalı diplomatın ölkədən çıxarılmasını tələb edir, RF ilə bütün ikitərəfli əlaqələri dayandırır. Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Londona dəvəti geri götürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR