Pakistanda partlayış baş verib - 6 ölü, 10 yaralı

Pakistanın Laxor şəhərində partlayış baş verib.

Metbuat.az-ın məlumatına görə, partlayış nəticəsində 4-ü polis əməkdaşı olmaqla 6 nəfər həlak olub, azı 10 nəfər isə yaralanıb.

Hüquq-mühafizə orqanlarına baş vermiş partlayışın səbəbini tam olaraq müəyyənləşdirmək hələlik mümkün olmayıb. Ehtimal edilir ki, partlayış terrorçu-intiharçının özünü partlatması və ya əldəqayırma partlayıcı qurğunun partladılması səbəbindən baş verib. Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR