​ABŞ Dəməşqə zərbələr endirərsə, Rusiyanın cavabı ağır olacaq -

ABŞ Dəməşqə zərbələr endirərsə, Rusiyanın cavabı ağır olacaq.

Metbuat.az-ın məlumatına görə, Rusiyanın Baş Qərargah rəisi Valeriy Gerasimov belə bəyanatla çıxış edib. O bildirib ki, silahlılar Şərqi Qutada kimyəvi silahdan istifadəyə dair səhnələr quraşdırıb yaralı insanlar göstərməklə, məsuliyyəti Suriya hakimiyyətinin üzərinə atmağa hazırlaşır. Birləşmiş Ştatlar isə bunu bəhanə gətirib, Dəməşqin hökumət binalarına zərbələr endirməyi planlaşdırır:

“Bu məqsədlə Şərqi Qutanın bir neçə rayonuna qadın, uşaq və qocalar gətirilib. Onlardan kimyəvi silah qurbanları təsvirləri yaradacaqlar. Artıq orda “ağ dəbilqəlilər” və peyk videoyayımı aparatıyla hazır vəziyyətdə dayanmış çəkiliş qrupları var. Belə bir plan həyata keçirilsə, Rusiyanın cavabı çox ağır olacaq”.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR