"S-400 qərarı Türkiyənin suveren məsələsidir -

“Rusiyadan S-400 zenit-raket qurğularını almaq qərarı Türkiyənin suveren məsələsidir”.

Metbuat.az-ın məlumatına görə, NATO-nun baş katibi Yens Stoltenberq “Anadolu” agentliyinə müsahibəsində belə deyib. O bildirib ki, NATO üzrə müttəfiqlər silah idxalıyla bağlı qərarları özləri qəbul edir və Ankaranın təhlükəsizlik sahəsindəki narahatlığını başa düşür:

“NATO üçün 2 güclü müttəfiq - Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında birbaşa dialoq olduqca vacibdir. Yalnız bu yolla Suriyanın şimalı və Afrindəki sınaqları dəf etmək olar”.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR