​İtaliyanın Fano şəhərində 20 mindən çox sakin

İtaliyanın Fano şəhərində 20 mindən artıq sakin təxliyyə olunub.

Metbuat.az-ın məlumatına görə, irimiqyaslı evakuasiyaya səbəb tikinti işləri zamanı 2-si Dünya müharibəsindən qalan aviasiya bombasının aşkar edilməsidir.

Şəhər meri Marke Massimo Seri özünün tvitter hesabından bəyan edib ki, mərminin aşkar edildiyi yerdən 1,9 km radiusda yaşayan bütün sakinlər evlərini tərk etməlidir. Onların müvəqqəti sığınacağı üçün idman zalları və tədris idarələri müəyyən olunub.

Yerli dairələrin məlumatına görə, təcili tədbirlər bu gün günün ikinci yarısına qədər davam edəcək. Qeyd edək ki, Böyük Britaniya istehsalı olan partlayıcının çəkisi 225 kq-dır. Onun dənizdə partladılması nəzərdə tutulub.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR