Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri barədə

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə tarixdə ilk dəfə olaraq qadın rəhbərlik edəcək.

Metbuat.az-ın məlumatına görə, Prezident Donald Tramp Mayk Pompeonun yerinə, onun müavini işləmiş Cina Hespeli təyin edib. Hərçənd, 62 yaşlı bu qadın 30 ildir ki, kəşfiyyat idarəsində çalışır. O, direktor müavini vəzifəsinə ötən il təyin olunmuşdu.

ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden Cina Hespel barədə maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, bu qadın ABŞ-ın gizli həbsxanalarında işgəncə üsullarına şəxsən rəhbərlik edib.

Snouden iddia edir ki, Hespel rəhbərlik etdiyi təcridxanalarda məhbusların dindirilməsiylə bağlı sənədləri məhv etmək barədə göstəriş verib. Hələlik, yeni direktor barəsində səsləndirilən ittihamlara cavab verməyə tələsmir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR