Terrorçular vətəndaşların arasına girib belə qaçdılar

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) birliklərinin başlatdığı "Zeytun Budağı" əməliyyatının 54-cü günündə PKK/ PYD-li terrorçuların bütün müqaviməti qırılıb.

Metbuat.az xəbər verir ki, şiddətli qarşıdurmalar nəticəsində qoşunların 2 gün öncə əhatə etdiyi Afrin rayon mərkəzindəki yüksək səviyyəli PKK/PYD rəhbərlərinin ailələri ilə birlikdə qaçdığı, çox sayda terrorçunun vətəndaşların arasına girərək ərazidən ayrıldığı bildirilib.

"Habertürk" qəzetindən Nurcan İnalın xəbərinə görə, ASO komandirləri, "Afrin həqiqətən əldən düşüb", mərkəzdə qalan və sayları təxminən 1500-ə çatan terrorçuların kiçik də olsa müqavimət göstərəcə biləcəklərini vurğulayıb. Rayonda təxminən 500 min vətəndaşın olduğu və çıxış üçün dəhlizin bir müddət açıq qalacağı deyilib. Cənubdakı qapıdan isə dünən gecə yüzlərlə maşın konvoy halında rayon mərkəzindən keçib.

TSQ-nin açıqlamasına görə, terrorçulardan təmizlənən qəsəbələrin sayı 12-yə çatıb. TSQ və ASO -nun nəzarətinə keçən bölgə sayı 194-ü kənd və 39 kritik nöqtə olmaq üzrə 233-ə çatıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR