Ərdoğandan sərt açıqlamalar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada yerləşdirilən ABŞ hərbi bazaları ilə bağlı maraqlı məqamlara toxunub.

Metbuat.az xəbər verir ki, Ərdoğan nitqində "Amerikanın burada sərhədi var? Nə işi var onların burada? Koalisiya gücləri kimlə hərəkət edir? Təbii ki, YPG ilə. Onların bu qədər silah-sursat gətirdikləri yerə biz Kızılayımız, AFAD ilə yardım daşıyırıq, aramızdakı fərq budur. Cənab Tillersona da xüsusilə bildirdim ki, bunları buraya niyə gətirirsiniz? İnanırsınız cavab yoxdur"-deyib.

Ərdoğan əlavə edib ki, "20 xüsusi hərbi baza qurdular. Bəs bu bazalar burada niyə var? Ağla iki fikir gəlir: ya Türkiyə, ya İrana qarşı istifadə üçün. Hər halda Rusiyaya qarşı istifadə edəcək deyillər. Bu, baş verərsə, Üçüncü Dünya Müharibəsi deməkdir. Bunları həmişə danışırıq, ancaq Tibb bayramında danışmaqda da fayda var. Çünki hər şeyə hazır olmalıyıq".

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR