“Azərbaycanla enerji sahəsində geniş əməkdaşlıq edirik” – Böyük Britaniyanın baş naziri

Xəbər verdiyimiz kimi, “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumu keçirilir.

Metbuat.az xəbər verir ki, açılış mərasimində Böyük Britaniyanın baş naziri Tereza Meyin müraciəti oxunub. T.Mey müraciətində Azərbaycanı 6-cı dəfə Qlobal Bakı Forumuna ev sahibliyi etdiyi üçün təbrik edib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dialoqun qurulması və fikir mübadiləsinin aparılması üçün yaxşı platformadır:

“Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümüdür. Böyük Britaniya və Azərbaycan güclü, məhsuldar əlaqələrə malikdir. Biz ilk diplomatik əlaqələri 1992-ci ildə qurmuşuq. Biz xüsusən enerji sahəsində geniş əməkdaşlıq edirik. Böyük Britaniya Azərbaycanla əməkdaşlığı daha da genişləndirəcək. İnanıram ki, bu Forumda müzakirələr dünyadaİnklüziv cəmiyyətlərin yaradılmasına töhfə verəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR