Evdə səməni cücərdənlər, DİQQƏT! - DÜŞƏR-DÜŞMƏZLİYİ var?

“Evdə səməni cücərtməyin düşər-düşməzi var”, yaxud “Bayramda evə səməni almıram, düşər-düşməzi var”...

El arasında hansısa bir addımı atdığımız zaman onun düşər-düşməzliyi ilə bağlı tez-tez fikirlər eşidirik. Deyilənə görə, ev heyvanı saxlanılan ailədə hansısa xoşagəlməz hadisə baş verə bilir. Yaxud, evdə səməni cücərtmək hər ailəyə düşmür. Bu fikirlər səbəbiylə hətta bayramda bəzi ailələr evinə səməni belə almır.

“Psixogigiyena və Tibbi Psixoloji Diaqnostika” Laboratoriyasının müdiri, “YAY-OSİDO” İnnovasiya İnkişaf Mərkəzinin təsisçisi, professor və “Alternativ Psixologiya” elminin müəllifi Yaşar İbadov Metbuat.az-a açıqlamasında bildirib ki, səməniyə aid o kəlməni demək düz olmazdı:

“Folklorumuz və mədəniyyət tariximizdə bu deyimlər özünəməxsus yer tutub. Hazırda da bu deyimlərdən istifadə olunur. Ancaq regionlardan asılı olaraq, həmin deyimlər dəyişikliklərə məruz qalır. Amma hər halda, bu deyimlər xüsusi hörmətə malikdir. Ona görə ki, nə vaxtsa bu sözü əcdadlarımızdan biri istifadə edib. Bügünkü dövrdə folklorumuz və mədəniyyət tariximizi araşdıraraq, onlara elmi cəhətdən yanaşmalı, elmi cəhətdən onu əsaslandırmalıyıq. Gələcək nəsillərə onu daha pozitiv formada çatdırmalıyıq ki, düzgün qiymətləndirilsin. Folklorumuzdan gələn bu deyimləri şifahi xalq yaradıcılığının nümunəsi kimi qoruyub saxlamalıyıq. Bu mənada, hər deyimin özünəməxsus ifadəsi var. Məsələn, qaraçuxa adlı ifadə qədim zamalarda istifadə olunsa da, bugünkü müasir elmin dili ilə izahını tapıb. “Fikir bədəni” adını alaraq elmi mənada öz təsdiqini tapıb.

Hər bir kəlmənin deyilməsində bir əsas var. Xalqın gözündən keçən, onun şüurundan süzülərək daha da dəqiqləşən bir məna var. Bu baxımdan hər bir şeyin düşər-düşməzliyi dediyim kimi regionlardan asılı olaraq müxtəlif cür qiymətləndirilir. Ancaq məsələlərin bayramlarla ifadə olunması düzgün olmazdı. Məsələn, səməninin özü buğdanın şəkildəyişməsidir. Hansı ki, onun cücərtisi yazın gəlişi, təbiətin oyanışı ilə bağlı bir əlamətdir. Bütün bu əsaslarlarla səməni düşərli bir şeydir. Bizim üçün yeni ilin gəlişində yeni bir addım, gözəl bir əlamət kimi qiymətləndirilməlidir. Ona görə, səməni daim düşərli olmaldır. Fikrimcə, səməniyə aid o kəlməni demək düz olmazdı. Səmənini xoş fikirlərlə cücərməyə hazırlamalıyıq. Hər dəfə səməniyə su tökərkən həmin gözəl niyyətləri səsləndirməliyik. Ona görə, səməni haqqında düşər düşməzliyin olduğunu demək doğru deyil”.

Astroloq Səbuhi Rəhimli mövzu ilə bağlı qeyd edib ki, düşər-düşməzlik deyilən bir anlayış yoxdur:

“Hər bir əşya enerji daşıyır. Bu da rəqəmlər timsalında olan bir şeydir. Hansısa bir rəqəmin insanın ovqatına, planına heç bir təsiri yoxdur. Bu, birmənalı belədir. Məsələ bizim həmin rəqəmə, predmet və əşyaya olan münasibətimizdir. Səməni 7-8 min il əvvəl zərdüşlük dövründən gələn bir ənənədir. Adətən ilk çərşənbədə səmənini qoyurlar. Bu da bolluğa, ruzi-bərəkətə işarədir. İnsanların səməniyə bu cür yanaşması anlışlmazdır. Fikrimcə, burada problem insanların düşüncəsində, məsələyə yanaşmasındadır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Fındıq ixracı ölkəyə 114 milyon dollar gətirib - Nazirlikdən AÇIQLAMA – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR