Play Store

Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşü keçirilir

Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilir.

Metbuat.az xəbər verir ki, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze iştirak edir.

Qeyd edək ki, ilk dəfə keçirilən dördtərəfli görüşdə regional əməkdaşlıq məsələləri müzakirə olunur. Görüşün sonunda Bakı Bəyannaməsi qəbul olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR