Bakı Bəyənnaməsini imzaladılar - XİN rəhbərləri

Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü başlayıb.

Metbuat.az xəbər verir ki, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze iştirak edir.

Görüşdə nazirlər Bakı bəyannaməsi imzalayıblar. XİN rəhbərlərinin görüşündə ikitərəfli və üçtərəfli əsasda olan əməkdaşlığı tamamlayaraq dördtərəfli əsasda region ölkələri arasında regional sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi, iqtisadi, nəqliyyat, enerji, turizm, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR