Sevgilisi ilə plan qurub 81 yaşlı həyat yoldaşını öldürtdü - VİDEO

Ankaranın Poladlı rayonu Atasoy Küçəsindəki evindən çıxan 81 yaşlı Ziyaətdin A.-nı 20 İyul 2013-də nömrəsi müəyyən edilməyən bir avtomobil vuraraq qaçıb.

Metbuat.az türk mediasına istinadən bildirir ki, vətəndaşların qəzanı görüb nümayəndələrə xəbər verməsi ilə xəstəxanaya qaldırılan Ziyaətdin A. bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyib. Qəza ilə əlaqədar geniş miqyaslı istintaq başladan respublika prokuroru, hadisə şahidlərinin ifadələrinə müraciət edib. Hadisəni görən Yaqub Y. adlı vətəndaş, özündən 100 metr məsafə uzaqda bir maşının üzərində Ziyaətdin A.-nı gördüyünü, Ziyaətdin A-nın maşının kapotu üzərində can verməsini və qəzaya uğrayan avtomobilin əyləc etmədiyini deyib.

Respublika prokuroru, vurub qaçan avtomobilin müəyyən edilməsi üçün hadisə yeri və ətrafındakı təhlükəsizlik kameralarını araşdırıb. Kamera qeydlərini izləyən prokuror Ziyaətdin A-ya vuran maşının qəzanın olduğu yolda dayanmış şəkildə gözlədiyini, Ziyaətdin A. yola çıxandan sonra avtomobil içindəki şəxsin telefonla danışıb hərəkət etdiyini və şəxsi vurduğunu müəyyən edib. Şəhər polisinin kamera qeydlərindən alınan görüntülər ilə şəxsin ölümünə səbəb olan adamın Səadətdin Ö. olduğu müəyyənləşdirilib. Səadətdin Ö. adını araşdıran prokuror Səadətdin Ö. ilə Ziyaətdin A-nın xanımının 2009-cu ildən əlaqələrinin olduğu, 2-3 il ikilinin eyni evdə yaşadığı, Səadətdin Ö.-nün uşaqlarının hələ də birlikdə olduqlarını bildikləri, 2011-ci ildə Ziyaətdin A. ilə evlənməsinə baxmayaraq görüşməyə davam etdiklərini öyrənib. Xanımın daha əvvəl də başqa şəxsləri evlənmək məqsədilə aldatdığı, buna dair Adıyaman və Antalyada cinayət işlərinin olduğu müəyyənləşdirilib.

İddianamədə, "Şübhəlilərin əvvəldən etibarən fikir və əməl birliyi içində hərəkət edərək, Ziyaətdin A.-nı öldürdükləri, bu ölüm sonunda Ziyaətdin A-ya məxsus mallardan və maaşdan pay almaq istədikləri, ifadələrində qəza hadisəsini, telefon danışıqlarını, telefon xətlərini özlərinin istifadə etdiklərini qəbul etdikləri, ancaq cinayətdən xilas olmaq üçün qəsdən qətl hadisəsini inkar etdikləri məlum olmuşdur" deyilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR