Play Store

“Azərbaycanın ərazi bütövlüyü regionda sabitliyin təmin olunması baxımından önəmlidir” – Gürcüstan XİN rəhbəri

Azərbaycanla əməkdaşlığımız ilbəil artır. Biz tərəfdaşlarımıza Gürcüstanın ərazi bütövlüyünü dəstəkləmələrinə görə təşəkkür edirik"

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşün yekunlarına dair birgə keçirilən mətbuat konfransında Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze bildirib: “Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu regionda sabitliyin və sülhün təmin olunması baxımından olduqca önəmlidir. Regionda olan münaqişələrin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıyıq.

Sülh, sabitliyi qorumaq uçun ərazi bütövlüyünə dair beynəlxalq hüquqa sadiqliyimizi bəyan edirik. Bu əməkdaşlıq regionda sülh, sabitlik və rifaha yönəlib. Bu ölkələrin nəqliyyat dəhlizi potensialı daha geniş istifadə oluna bilər. Asiya və Avropanı birləşdirmək üçün bu imkanlardan yararlanmaq lazımdır. Müntəzəm görüşlərimizi davam etdirməliyik Biz dördtərəfli əməkdaşlıq çərçivəsində bütün istiqamətlərdə əməkdaşlıq etməyə hazırıq”.

XİN rəhbəri qeyd edib ki, Azərbaycan, Türkiyə və İrandan Gürcüstana gələn turistlərin sayı hər il artır: “Bizim ölkələrin nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi üçün olduqca böyük potensialımız var. Cənub-Qərb yolu nəqliyyat dəhlizi Avropa və Asiyanı birləşdirəcək böyük bir layihədir. Biz ümid edirik ki, növbəti görüşdə praktiki işlərdən danışacağıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR