Play Store

“Moskvada “Artsax Respublikası”nın heç bir nümayəndəliyi yoxdur” – Rusiya XİN rəsmisi

“Moskvada “Artsax Respublikası”nın heç bir nümayəndəliyi mövcud deyil”.

Metbuat.az APA-ya istinadən xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Azərbaycan KİV-i tərəfindən belə bir sual daxil olduğunu söyləyib: "22 fevralda Moskvada "Azad Artsax 30 il" adlı dəyirmi masa keçirilib. Tədbirdə Artsax Respublikasının Moskvadakı daimi nümayəndəsi Albert Adriyan iştirak edib. Rusiya-Artsax dostluq cəmiyyətinin yaradılması haqqında məlumat verilib. Rusiya XİN bunu necə şərh edə bilər? Biz söhbətin nədən getdiyi dəqiqləşdirdik. Demək istəyirəm ki, Moskvada Artsax Respublikasının heç bir nümayəndəliyi mövcud deyil.

Məlumatda qeyd olunan Adriyan məndə olan məlumata görə, Ermənistan Respublikasının Rusiyadakı səfirliyinin müşaviridir. Bütün hallarda o, Rusiya XİN-də belə akkreditə olunub. Rusiya-Artsax dostluq cəmiyyətinin yaradılmasını isə şərh etməyə ehtiyac görmürəm.

Rusiyada müxtəlif ictimai təşkilatlar fəaliyyət göstərir. Əsas odur ki, bu təşkilatlar Rusiya qanunvericiliyinə ziddfəaliyyət göstərməsin".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR