Uşaq bağçasında yaş yarımlıq uşağı döydülər - Polis izlərinə düşdü- VİDEO

Tekirdağın Çorlu ilçəsində özəl bir uşaq bağçasına göndərilən 1,5 yaşlı E.Ş.-nın üzündə dişləmə izləri və şişlik görən ailəsi, qızlarının döyüldüyü iddiası ilə şikayət edib.

Metbuat.az bildirir ki, uşağın valideynləri Gül Ş. ilə Sevnur Ş. uşağın döyüldüyünü iddia edərək bağça rəhbərliyi haqqında polisə şikayət edib. Qızını dünən səhər servislə bağçaya göndərən Gül Ş. bir müddət sonra telefonla müəllimlərdən E.Ş-nin vəziyyətini soruşduqda, uşağın yatdığını deyiblər. Günortadan sonra yenə qızının vəziyyətini soruşan Gül Ş.-ya müəllimlər bu dəfə də uşağın qızdırmaya tutulduğunu deyib və hərarəti aşağı salan dərman gətirməsini istəyiblər. Daha sonra Gül Ş. həyat yoldaşı Sevnur Ş.-yazəng edərək bağçaya sirop aparmasını istəyib. Ata bağçaya getdikdə iddiaya görə ona qızlarının yatdığını deyiblər. Ata Sevnur Ş. aldığı cavabdan sonra qızını görmədən bağçadan ayrılıb.

Ana Gül Ş. axşam saatlarında servisin gecikməsinə görə bağçaya yenidən zəng vurub. Bağça rəhbərliyi Gül Ş.-yə qızının üzünün başqa bir uşağın dişlədiyini söyləyib. Uşağı özlərinin gətirəcəyini bildirib. Evə gətirilən qızının üzündə dişləmə izləri və şişlik görən Gül Ş. vəziyyəti polisə bildirib. Gül Ş. sonra da qızını xəstəxanaya aparıb, müalicə etdirib.

Baş verən hadisəyə görə bağça rəhbərliyindən şikayət etdiyini bildirən Gül Ş. "Mən qızımın videosunu və fotosunu atmalarını demişdim ki, hər gün atılırdı, amma hadisə günü atılmadı. Mənə qızımın bir az tündxasiyyət olduğunu, yuxudan yeni oyandığını və ona görə də video göndərmədiyini dedi. Bundan sonra həyat yoldaşım bağçaya getdi və ona da yatdığını söyləyib, göstərməyiblər" deyib.

Axşam saatlarında bağçadan zəng gəldiyini bildirən Gül Ş. “ Mənə uşağın başqa bir uşaq tərəfindən dişləndiyini və həkimə aparıb müalicəsini etdiklərini bildirdilər. Uşağı gətirdiklərində yanında həkim var idİ. Mənə niyə zəng etmədiklərini soruşdum.Həkim şişmə, dişləmə və zərbələrin olduğunu bildirdi. Şikayətçi oldum, polisi çağırdım. Axıra qədər gedəcəyəm. Onlar üçün əhəmiyyətsizdir, amma mənim üçün yox. Qızımı bu hala kim gətirib öyrənmək istəyirəm” deyib.

81 yaşlı kişini öldürtdü


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR