Övladını itirən aparıcı - "Müalicədən keçirdik..."

"Space” TV-nin "Xəbərlər” proqramının aparıcısı Elvin Basqallıya ağır itki üz verib. Aparıcının azyaşlı qızı dünyasını dəyişib.

Metbuat.az-a danışan Elvin Basqallı bildirib ki, əməliyyatdan öncə hansısa bir riskin olacağı danışılmamışdı:

“Bir müddət öcə qızımın ürəyini anju etdirmişdik. 2-4 gün əvvəl yoxlatdırmışdıq. Ürəyində irəliləyiş vardı. Amma uşaq özü zəif idi. Xaricdən gələn həkimlər bildirdilər ki, yəqin uşaqdakı problem ürəklik deyil. Dedilər ki, ağ ciyəri təmizləmək lazımdı. Martın 13-ü diaqnoz qoyuldu, 14-ü əməliyyat oldu, amma qızım sağ çıxmadı. Yüngül bir əməliyyat idi, amma qızım əməliyyatdan sağ çıxmadı”.

Qeyd edək ki, aparıcının 3 övladı – iki oğlu və bir qızı vardı. Allah rəhmət eləsin.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR