“Məndən sonra Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə ciddi dəyişiklik baş verməyib” - Piter Semnebi

“Məndən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə elə də ciddi dəyişiklik baş verməyib”.

Metbuat.az xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Piter Semnebi deyib. O bildirib ki, əsas problem də heç bir dəyişikliyin olmamasındadır: "Mən, Avropa İttifaqıvə İsveçrə də ümid edirik ki, bu münaqişənin həlli yolunu tapmaq mümkündür".

VI Bakı Qlobal Forumla bağlı danışan P. Semnebi deyib ki, son illər Azərbaycan Qərb və Şərq arasında mühüm platforma rolunu oynayır. O qeyd edib ki, Cənubi Qafqaz Aİ üçün vacib və qonşuregiondur. /APA/

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR