Azərbaycanın 2018-ci il üzrə dövlət büdcəsinə - yenidən baxıla bilər

Azərbaycanın 2018-ci il üzrə dövlət büdcəsinə yenidən baxıla bilər.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə daşınar əmlakın reyesterinin təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dövlət büdcəsinə yenidən baxılması bu ilin I rübünün yekunları əldə olunduqdan sonra ola bilər.

Qeyd edək ki, Azərbaycanın 2018-ci il üzrə dövlət büdcəsi gəlirləri 20,127 milyard manat səviyyəsində qeyd edilib.

XƏBƏRDARLIQ: Qeyri-sabit hava şəraiti - Proqnoz AÇIQLANDI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR