Bakı Beynəlxalq Avtovağzalı bayramla əlaqədar

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Novruz bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib.

Avtovağzal Kompleksindən Metbuat.az-a verilən məlumata görə, martın 15-dən 27-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Qeyd edək ki, hazırda gün ərzində 300-340 nəqliyyat vasitəsilə təxminən 7-8 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur. Biletləri Avtovağzalın kassalarından və ya onlayn qaydada 10 gün öncədən əldə etmək olar.

Əlavə sual və təkliflər üçün vətəndaşlar 012 406 01 58/59 nömrələrinə müraciət edə bilərlər.

“Bu təlimlər sabahkı Qarabağ döyüşləri üçün növbəti addımdır” - Polkovnik - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR