Gömrükçülər 4 tona yaxın narkotiki - qanunsuz dövriyyədən çıxarıb

Gömrük orqanları tərəfindən son iki ildə 3 ton 851 kq –dan çox narkotik, o cümlədən əksər hissəsi Avropaya aparılmaq üçün nəzərdə tutulan 1 ton 214 kq –dan çox heroin qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən məlumata görə, bunu komitə sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və İxraca Nəzarət sahəsində Əməkdaşlıq Bürosunun xarici əlaqələr üzrə zabiti Karen Çeyson ilə görüşündə deyib.

A.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, eləcə də gömrük işinin səmərəli təşkili istiqamətində görülən işlər barədə məlumat verib. Azərbaycan gömrüyü ilə ABŞ-ın müxtəlif qurumları arasındakı uzun illərdir davam edən səmərəli əməkdaşlıq əlaqələrinə toxunan A.Əliyev bu əməkdaşlığın nəticəsi olaraq gömrük vergiləri, ixraca nəzarət sahəsində qanunvericiliyin hazırlanması, kinoloji xidmət itlərinin təlim mərkəzinin yaradılması və digər istiqamətlərdə mühüm nəticələr əldə olunduğunu bildirib.

Komitə sədri hazırda ABŞ-ın dəstəyi ilə əqli mülkiyyət hüquqlarının qorunması sahəsində Azərbaycan gömrükçüləri üçün təlimlərin keçirildiyini və bu tədbirlərin gömrük əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılmasında mühüm rol oynadığını vurğulayıb və gələcəkdə bu əməkdaşlığın davam etdirilməsinin zəruriliyini bildirib.

ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və İxraca Nəzarət sahəsində Əməkdaşlıq Bürosunun xarici əlaqələr üzrə zabiti Karen Çeyson təmsil etdiyi qurumla Azərbaycan gömrüyü arasında ixrac nəzarəti və digər sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğundan məmnunluqla bəhs edib. O, artıq təmsil etdiyi qurumun Qafqaz ölkələrində həyata keçirilən proqramları üzrə rəhbər təyin olunduğunu və əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Daha sonra görüşdə Əfqanıstan gömrükçüləri üçün ABŞ Dövlət Departamentinin və Ümumdünya Gömrük Təşkilatının dəstəyi ilə ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Rergional Ofisində keçirilən təlimlər və gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

“Bu təlimlər sabahkı Qarabağ döyüşləri üçün növbəti addımdır” - Polkovnik - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR