İran Venesuela ilə bir arada

İran Venesuela ilə bir arada
12:31 11 Yanvar 2015
161 Dünya
Ölkə mətbuatı
A- A+

İran və Venesuela neftin qiymətinin düşməsinə qarşı birgə əməkdaşlıq haqqında müqavilə imzalayıb.

ANS PRESS-in məlumatına görə, müqavilə Venesuela prezidenti Nikolas Maduronun İrana bir günlük səfəri zamanı imzalanıb.

Görüş zamanı İran prezidenti Həsən Ruhani bildirib ki, neftin qiymətinin düşməsinin əsl səbəbi siyasətdir, iqtisadiyyat deyil. "İran və Venesuelanın ümumi düşmənləri neftdən siyasi silah kimi istifadə edirlər. Neftin qiymətinin düşməsində də onların özünəməxsus rolları var", - deyə Ruhani əlavə edib.

Nikolas Maduro isə qeyd edib ki, İran və Venesuela OPEK ölkələri, Rusiya da daxil olmaqla bütün neft ixracatçısı olan ölkələr üçün neftin qiymətinə nəzarət edilməsində ümumi razılıq əldə etməlidirlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR