Pişik "Beşiktaş"ı İŞƏ SALDI - UEFA-dan BƏD XƏBƏR

Pişik "Beşiktaş"ı İŞƏ SALDI - UEFA-dan BƏD XƏBƏR
18:28 15 Mart 2018
151 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasına böyük hesablı məğlubiyyətlə vida edən “Beşiktaş”a bir bəd xəbər də UEFA-dan gəlib.

Publika.az xəbər verir ki liqanın 1/8 final mərhələsində keçirilən “Beşiktaş”-“Bavariya” matçında yaşıl meydançaya daxil olan pişik ali futbol qurumunu ayağa qaldırıb.

Pişiyin meydançaya daxil olması ilə qarşılaşma 49-cu dəqiqəsində dayandırılıb. Buna görə ağ-qaralı klub haqqında UEFA İntizam Qurumu tərəfindən araşdrıma başladılıb.

UEFA-dan verilən açıqlamada araşdırmanın səbəbi kimi oyunun təşkilatçılığının tam şəkildə qurulmaması və təhlükəsizliyin təmin edilməməsidir. Əlavə olaraq meydançaya atılan yad maddələr, pilləkənlərin boş saxlanmaması məsələsi də araşdırılacaq.

Araşdırma 31 may tarixində yekunlaşacaq.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/234431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR