“Elisa” beşinci nəsil supersürətli interneti təqdim edib

Finlandiyanın ən iri telekommunikasiya şirkəti olan “Elisa” yeni nəsil rabitə formatını təqdim edib. Bu formatda məlumatların ötürülmə sürəti bütün hədləri aşıb, ifrat sürətli internetin imkanları isə başqa formatların onunla rəqabət aparmasına əsla şans vermir.

Metbuat.az xəbər verir ki, “Elisa” şirkətinin texnoloji bölməsinin rəhbəri Toomas Pollinin sözlərinə görə, bu routerdən evdə real istifadə edilə bilməsi bir sıra amillərdən asılıdır: əvvələn, belə parametrlərə malik olan qurğudan istifadə edilməsi üçün lisenziya alınmalı və ikincisi, routerlərin kütləvi istehsalına başlanmalıdır.

Həm “Elisa”, həm də “Tele2” və “Telia” şirkətləri bildirirlər ki, artıq gələn ilin birinci yarısında bu cür internetdən istifadə etmək mümkün olacaq. Lakin operatorlar əmindirlər ki, müvafiq standart gələn il qəbul edilsə də, əvvəlcə bu cür internet yalnız biznes-müştərilər üçün maraqlı olacaq.

Avropa İttifaqının direktivinə uyğun olaraq 2019-cu ildə 5G internet standartı Aİ-nin bütün ərazisində qəbul edilməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR