Dənizdə çimərkən uşaq dünyaya gətirdi -

Misirdə maraqlı hadisə baş verib.

Metbuat.az-ın məlumatına görə, rusiyalı turist istirahət etmək üçün Misirə gedib. Lakin o dənizdə çimərkən gözlənilməz hal ilə üzləşib. Hamilə qadın dənizdə uşaq dünyaya gətirib. Ona həyat yoldaşı və çimərlikdə olan yaxşlı şəxs köməklik edib.

Xoşbəxtlikdən yaşlı şəxs bu sahə üzrə məlumatlı olub. Ana və övladının səhhəti üçün təhlükə yoxdur.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR