Afrində məhv edilən terrorçuların sayı 3525-ə çatıb

Türkiyə Sİlahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrində həyata keçirdiyi əməliyyatlar nəticəsində məhv edilən terrorçuların sayı 3525-ə çatıb.

Metbuat.az-ın məlumatına görə, təkcə ötən gecə PYD-YPG və İŞİD terror qruplaşmalarının 81 üzvü zərərsizləşdirilib. Bildirilir ki, Afrini mühasirəyə alan ordu, şəhərin mərkəzi istiqamətində irəliləyir. Qeyd edək ki, son döyüşlər zamanı daha 12 kənd azad edilib.

"Zeytun budağı" əməliyyatı çərçivəsində ümumilikdə 1300 kv. km ərazi yəni Afrin bölgəsinin 70 faizi terrorçulardan təmizlənib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR