London-Moskva arasında gərginlik artır - Paris də mövqeyini açıqladı

Moskva rusiyalı diplomatların Böyük Britaniyadan deportasiya edilməsinə adekvat cavab verəcək.

Metbuat.az-ın məlumatına görə, Xarici İşlər naziri Sergey Lavrov bəyan edib ki, qısa zaman ərzində britaniyalı diplomatlar ölkədən çıxarılacaq.Lavrovun sözlərinə görə, Londonun addımları iki ölkə arasındakı əlaqələri ciddi şəkildə zədələyəcək.

Qeyd edək ki, Britaniya hökuməti 23 rusiyalı diplomatın ölkədən ayrılması üçün 1 həftə vaxt verib.Diplomatlar Rusiya kəşfiyyatına işləməkdə şübhəli bilinir. Onlar Rusiya xüsusi-xidmət orqanının keşmiş əməkdaşı Sergey Skripal və onun qızının zəhərlənməsinə cavab olaraq Britaniyadan deportasiya ediləcək.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR