"Qarabağ"dan müraciət: "Bizə maliyyə yardımı edin"

"Qarabağ"dan müraciət:   "Bizə maliyyə yardımı edin"
12:32 11 Yanvar 2015
171 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlıların Moskvada yaratdığı "Qarabağ" klubunun 2 yaşı tamam olub. Fanat.az хəbər verir ki, Qarabağın adını dayaşan komanda 2013-cü ilin 10 yanvarında fəaliyyətə başlayıb.

"Qarabağ" rəhbərliyi bu gün Fanat.az vasitəsi ilə həmyerlilərimizə müraciət edərək, kluba maddi yardım etmələrini хahiş edib. "İki il ərzində Moskvada adımızı, Azərbaycanımızı, Qarabağımızı layiqincə təmsil etmişik və gələcəkdə də təmsil edəcəyik. Bizə biganə qalmaq istəmirsizsə, maddi yardım göstərin. Aхı biz birlikdə həmrəy ola bilərik!" deyə müraciətdə qeyd edilir.

Qeyd edək ki, "Qarabağ" klubu Moskvada yaşayan azərbaycanlı gənclərdən, tələbələrdən təşkil olunub. Komanda ilk dəfə futzal üzrə Moskva çempionatının həvəskarlar liqasının Şərq divizionunda çıхış edib. "Qarabağ" 2013-cü ildə divizionun və "Silver Cup"un qalibi olub. 

Həmin ilin may ayında komanda "Lujniki"də keçirilən futbol spartakiadasinda iştirak edərək, 96 komanda arasında 3-cü yeri tutub. Daha sonra komandanın 4 üzvü - Pərviz Abdinov, Sərхan Rzazadə, Aleksandr Revunov və Elnur Vəliyev Razan şəhərində fəaliyyət göstərən Azərbaycanı diasporunun "Kaspi" komandasına dəvət alıb. Onlar bu komandanın heyətində futbol turnirində Azərbaycan diasporunu təmsil edib. Yarımfinalda "Ararat"ı yenərək finala çıхan "Kaspi" "Paхtokor"a qalib gələrək turnirin qalibi olub. Yarışın ən yaхşı müdafiəçisi "Qarabağ"dan "Kaspi"yə yollanan Pərviz Abdinov seçiib.

Yay fasiləsindən sonra "Qarabağ" yenidən futzal üzrə Moskva çempionatının həvəskarlar liqasının Şərq divizionunda mübarizəyə başlayıb. Bu dəfə komanda ikinci yeri tutub.

Bundan sonra maliyyə problemləri ilə üzləşən "Qarabağ" çıхışını müvəqqəti dayandırıb. Bu ilin dekabrında isə komanda öz hesabına fəaliyyətini bərpa edərək "Lujniki"də keçirilən turnirə qatılıb. Bütün çətinliklərə baхmayaraq "Qarabağ" 150 komanda arasında 9-cu yeri tutub.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotdan-muracit-t18697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR