Çempionlar Liqasında 1/4 finalın püşkü atılır (YENİLƏNİR)

Çempionlar Liqasında 1/4 finalın püşkü atılır (YENİLƏNİR)
08:58 16 Mart 2018
124 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq.

Publika.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Çempionlar Liqasının final matçının səfiri Andrey Şevçenkonun da iştirak edəcəyi püşkatma mərasimində 8 komanda rəqiblərini tanıyacaq.

Budəfəki püşkatmada səbətlər olmayacaq. Komandaları “kor püşk” bir-birilərinə rəqib edəcək.

Yarımfinal uğrunda aşağıdakı komandalar yarışacaqlar.

“Barselona” (İspaniya)

“Bavariya” (Almaniya)

“Yuventus” (İtaliya)

“Liverpul” (İngiltərə)

“Mançester Siti” (İngiltərə)

“Real” (İspaniya)

“Roma” (İtaliya)

“Sevilya” (İspaniya)

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 3-4 aprel, cavab matçları ilə 10-11 aprel tarixlərində keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/234469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR