Uşaqlarını eyvana çıxarıb meyiti izlətdi - Sözün bitdiyi yer

Türkiyənin Adana şəhərində boş bir ərazidə kişi meyiti tapılıb. Polis araşdırma apararkən bir qadının uşaqları ilə birlikdə meyiti izləməsi diqqətdən qaçmayıb.

Metbuat.az xəbər verir ki, verilən məlumata görə, hadisə Seyhan rayonundakı Havuzlubahçe məhəlləsində baş verib. Evinin eyvanına çıxan şəxs boş ərazidə otların arasında kişi meyiti görüb.

Hadisə yerinə gələn polis əməkdaşları araşdırma aparıblar. Ölən şəxsin üzərindən yüksək məbləğdə pul tapılıb. Meyitin kimə məxsus olduğunu müəyyənləşdirmək üçün barmaq izi alınıb.

Polis ərazidə araşdırma apararkən çevrədəki insanların meyiti görmək üçün adətən bir-biri ilə yarışdığı diqqət çəkib. Hətta bir qadın, 7, 15 yaş aralığındakı uşaqlarını eyvana çıxardaraq meyiti izlədib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR