Artur Rasizadə: Dövlət başçısı bunu ölkənin əsas prioritet hədəflərindən birinə çevirib

Artur Rasizadə: Dövlət başçısı bunu ölkənin əsas prioritet hədəflərindən birinə çevirib
13:03 16 Mart 2018
58 Digər
Ölkə mətbuatı
A- A+

“Son 14 ildə ümumi daxili məhsul 3,2 dəfə, sənaye məhsulunun istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,7 dəfə, əsas kapitala yönəldilmiş investisyalar 3 dəfə, əhalinin adambaşına düşən gəlirləri 7,2 dəfə, orta aylıq əməkhaqqı 6,8 dəfə, banklardakı əmanətlər 30 dəfə artıb”.

Publika.az bildirir ki, bu sözləri Baş nazir Artur Rasizadə Milli Məclisdə Nazirlər Kabinetinin 2017-ci il üzrə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.

Baş nazir söyləyib ki, bu müddət ərzində 1 milyon 900 mindən çox yeni iş yerləri açılıb:

“Yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib. Dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, dövlət sosial müdafiə fondunun xərcləri 9 dəfə çoxalıb. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq ötən ilin sonuna 42 milyard ABŞ dolları təşkil edib. Ötən il əsrin müqaviləsi üzrə xarici tərəfdaşlarla birgə danışıqlar yekunlaşıb və Azərbaycan üzrə sərfəli olan 2050-ci ilə qədər uzadılıb. Son 14 ildə əhalinin təbii qazla təmin edilməsi kimi sosial problemin həlli istiqamətində də işlər görülüb. Ölkə üzrə qazlaşdırmanın səviyyəsi 51 faizdən 93 faizə yüksəldilib. Əhalinin elektrik enerji ilə təminatı siyasətimizin əsas prioriteti olub, yeni stansiyalar istifadəyə verilib, 50 min km-ə qədər elektrik xətti çəkilib. Ənənəvi sənaye sahələri ilə yanaşı yeni sənaye sahələri də yaradılıb, qeyri-neft sektorunun inkişafı üçün sənaye parkları, kompleksləri yaradılıb. Son 14 il müasir tələblərə cavab verən yeni müəssisələrin istifadə verilib. Dövlət başçısı ərzaq təhlükəsizliyinin təmin edilməsini ölkənin əsas prioritet hədəflərindən birinə çevirib. Ərzaq təhlükəsizliyi ilə bağlı dövlət proqramı qəbul olunub.

Son 14 ildə görülmüş işlər effektini verib taxıl, pambıq, yumurta və digər kənd təsərrüfatı sahələrinin istehsalı artıb. 2004-2017-ci illərdə 1960 subartezian quyusu qazılıb bu sahəyə 4.3 milyon manat vəsait cəlb edilib”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/234526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR