Xaçmazın daha iki yaşayış məntəqəsinə təbii qaz verilib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq 2018-ci il martın 16-da Novruz bayramı ərəfəsində Xaçmaz rayonunun Vələmir və Pərdiqıran kəndlərinə ilk dəfə təbii qazın verilməsi sakinlərinin böyük sevincinə səbəb olub.

“Azəriqaz” İstehsalat Birliyindən Metbuat.az-a verilən məlumata görə, kəndlərə təbii qazın verilməsi münasibəti ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 22 388 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 180 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Xaçmaz rayonunun Meşəli, Sahillər, Turist, Dalğalı, Samurçay qəsəbələrində və Qaracik Zeyid, Çaxçaxlı, Seyidlikəndyeri, Aslanoba kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR