1000 AZN cərimə olunan Təranə Qumral həbs oluna bilər

Müğənni Təranə Qumral azadlıqdan məhrum edilə bilər.

Metbuat.az xəbər verir ki, müğənniyə Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi qaldırılıb.

Məhkəmə qətnaməsini qərəzli şəkildə icra etmədiyi üçün o, 3 ilədək azadlıqdan məhrum edilə bilər.

Bu barədə Metbuat.az-a müğənni Nazəninin vəkili Heyrat Qarayev danışdı:

" Bakı Appelyasiya Məhkəməsinin iki qətnaməsi var. Təranə İbrahimova Nazənin Salayevadan və həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməməsinə görə 2 ildən artıqdır ki, hər iki qətnamə qərəzli olaraq cavabdeh tərəfindən icra olunmurdu. Bu səbəbdən də əvvəl Təranə İbrahimova inzibati qaydada 1000 manat cərimə edildi. Bu cərimədən bir müddət sonra qətnamənin icrası təmin edilmədi. Buna görə də toplanmış materiallar Ədliyyə Nazirliyinin istintaq idarəsinə göndərildi. Təqribən 10 gün əvvəl Təranə İbrahimova barəsində müvafiq qərar qəbul olunub. Artıq bir neçə dəfə istintaq idarəsinə dəvət edilib. Bu işlə bağlı vəkillik etdiyim insanlar zərərçəkmiş qismində protokollaşdırılıb.”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR