Mütləq xanımlar OXUSUN! - Məhsulların üzərindəki barkoda DİQQƏT

Keyfiyyətli mallar yüksək qiymət tələb etdiyindən, bəzi xanımlar parfümeriya və kosmetik vasitələr alarkən brend mağazalara üz tutmur.

Onlar həmin məhsulları orijinal adı ilə ucuz satan mağazalara üstünlük verirlər. Araşdırmalar göstərir ki, həmin mağazalarda “orijinal” adı ilə satılan məhsulların əksəriyyəti saxtadır.

“Bazardakı bu məhsulların 20%-i saxtadır”.

Bunu Metbuat.az-a açıqlaması zamanı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, yaxın günlərdə parfümeriya və kosmetik vasitələr arasında aparılan monitorinq nəticəsində məlumat əldə edilib:

“İnsanlar məhsul alarkən mütəq onun mənşə və gigiyenik sertifikatının olub-olmadığını soruşsunlar. Bu sertifikatlar olmadığı təqdirdə həmin məhsullar saxta hesab edilir. Parfümeriya mallarının üzərində xüsusi kod (barkod) olur. Həmin kodu parfümeriya məsullarının yararlı olduğunu göstərən sayta daxil etdiyiniz zaman, onun vaxtının keçib-keçmədiyini bilmək olur.

İnsanların əksəriyyəti məhsulun üzərində olan barkodun onun keyfiyyətinə zəmanət verdiyini hesab edir. Barkodun məhsulun keyfiyyətinə heç bir dəlaləti yoxdur. Lakin bəzi proqramlar həmin kod vasitəsilə məhsulun original və ya saxta olduğunu müəyyənləşdirirlər. Belə ki, proqram barkodu oxuyarsa, həmin məhsul originaldır. Yox, proqram kodu qəbul etməsə, həmin məhsul saxta hesab edilir. Bu səbəblə, müştərilər saxta barkodlara da aldanmamalıdır”.

Saxta məhsulu “orijiinal” adı ilə alan müştərilər hara müraciət edə bilərlər?

Bununla bağlı Metbuat.az-a açıqlama verən hüquqşünas Heyrat Qarayev bildirib ki, bunun üçün həmin müştərilər ilk növbədə məhsulun saxta olmasını təsdiq edən rəy almalıdırlar:

“Rəy olarsa, bununla bağlı hansısa hüquq-mühafizə orqanına müaciət etmək olar. Amma təəssüflər olsun ki, həmin məsələləri tənzimləyən normalar yoxdur. Məhsulun saxta olduğunu sübut etmək üçün ekspertizaya getməlidir. Bu proses uzun çəkdiyindən çox adam məsələnin arxası ilə getmir. Bu, həm vaxt məsələsi, həm də perspektivinin olmaması ilə bağlıdır.

Ekspertə müraciət edib ondan rəy alan şəxslər isə məhsulun dəyərin mülki qaydada ödənilməsini tələb edə bilər. Çox vaxt məhsulun məbləği az olduğundan onun arxasınca getməyə dəymir. Məsələn, ekspertdən rəy almaq üçün ödəniş tələb olunur. Bunun üçün Ekspertiza Mərkəzinə rəsmi şəkildə müraciət edib rüsum köçürmək lazımdır. Bundan savayı, rəy alandan sonra məsələnin hüquqi tərəfini həll etməsi üçün vəkillə müqavilə də bağlamalısınız. Bu səbədən, əksər insan belə məsələlərin üzərinə düşmür”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bitkoini olanlar MÜTLƏQ OXUSUN - İqtisadçı AÇIQLADI – Tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR