Play Store

Türkiyə Silahlı Qüvvələri Afrin xalqına bildiriş göndərdi -"Sizdən istifadə etməklərinə icazə verməyin"

Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrin xalqına Ərəb və Kürd dilində dildə hazırlanan bəyanatları havadan dağıdıb.

Metbuat.az xəbər verir ki, bəyanatda "Dəyərli afrinli qardaşlarımız, PKK/PYD/YPG/İŞİD terror təşkilatları illərdir sizə və bizə maddi-mənəvi zərər verir, sizləri evinizdən, yurdunuzdan, sevdiklərinizdən məhrum etdilər, terrorçulara dayan deməyin vaxtı gəldi. Tək hədəfimiz sizə əziyyət edən terror təşkilatlarıdır. Terrorçulardan, terror bazalarından və sığınacaqlardan uzaq durun. Sizi və uşaqlarınızı qalxan olaraq istifadə etməklərinə icazə verməyin. Terrorçular tərəfindən zorla silah altına alınanlar, sizlər də ən qısa zamanda silahlarınızı buraxıb evlərinizə dönün. TRT radiosuna qulaq asın"-ifadələri yer alıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR