Play Store

Pişik əti bazarı - İnsanlar etiraz edir

Keçən ay Ho Chi Minh şəhərində bir pişik əti bazarından görüntülər yayılıb.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, ət bazarındakı pişiklərin sevgi dolu evlərindən qoparıldığı diqqət çəkib. Sənədlər Vyetnamın 1997-də pişik vəbasının yayılmasına görə pişik restoranlarının qadağan edildiyi, ancaq qadağalara baxmayaraq bu sahənin geniş yayıldığını göstərir.

Pişik ətinin Vietnamda güc və çeviklik qaynağı olduğuna, şanssızlığın qarşısını aldığına inanılır.

Çəkilən görüntülərə görə, bəzilərinin tasması var. Bu da onların bir evi olduğunu və o çox sevdikləri evlərindən zorla uzaqlaşdırıldıqlarını göstərir.

Maykl Braun az yayılmış pişik əti ticarəti haqqında diqqəti cəlb etmək üçün belə bir şok görüntülər hazırlayıb. İt ətinin daha çox tanındığını bildirən Braun “ Pişiklərlə bağlı mövzu diqqət çəkmir. Bu da məni xəyal qırıqlığına uğratdı. Buna görə də küçə bazarlarındakı bu görüntünü tutmağa çalışdım” deyib.

Cənub-Şərqi Asiya ölkələrində pişik əti servis edən xüsusi restoranlar var.

Günay Sadıxova/ Metbuat.az

Piton hamama girdi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR