Play Store

Nə olduğunu biləndə təəccüblənəcəksiniz - Yarıb içərisindən çıxan.../ FOTOLAR

Dünyada varlığına inanmayacağınız maraqlı heyvanlar yaşayır.

Metbuat.az xəbər verir ki, onlardan biri "Pyura Chilensis" olaraq tanınan və digər adı "yaşayan qaya" olan bu canlı Şili və Peru sahillərində yaşayır. O, dəniz suyunu əmir və mikroorqanizmləri süzərək qidalanır.

Balıqçılar və yerli xalq elektikli mişarla bu qayaları kəsib içərisindəki qayısı böyüklüyündəki parçaları restoranlara satırlar. Turş dad verən bu parçaları bişmiş və çiy halda yemək olar.

Dünyanın ən çirkin varlığı hesab olunan, əti yeyilməyən damla balığının nəsli tükənmək üzrədir. 25 santimetrə qədər uzana bilən bu varlıqlar dənizlərin 900 metr dərinliyində yaşayırlar.

Dünyanın ən qeyri-adi heyvanlarından biri uzun burunlu meymunlardır. Onlar Cənubi Amerika meşələrində yaşayırlar, qoxunu yaxşı bilən iri burunları ilə diqqət çəkirlər.

"The Indian Gharial" Ganj çayında yaşayır. Boyu 7 metrə qədər çata bilən timsaha oxşar heyvan növüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR