İlham Əliyev nepallı həmkarını təbrik edib

Prezident İlham Əliyev Nepal Prezidenti Bidhya Devi Bhandariyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Nepal Federativ Demokratik Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Nepal arasındakı münasibətlər dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Nepal xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR