Bakıda binalara çəkilən rəsmlər hamının marağına səbəb olub - VİDEO

İçərişəhərdə və paytaxtın mərkəzi küçələrindən biri olan Lev Tolstoy küçəsində çəkilən, müasir incəsənət növü sayılan "street art”lar (küçə incəsənəti) böyük marağa səbəb olub.

Metbuat.az xəbər verir ki, sosial şəbəkələrdə də xeyli müzakirə olunan bu işlərin müəllifi Azərbaycan Rəssamlıq Akademiyasının məzunu, gənc rəssam Vüsalə Ağarazıyevadır. O, bu əsərləri Daşqın Bayramov və Ağayar Bayruşovla birlikdə ərsəyə gətirib.

Divarlara çəkilən rəsmlər xüsusilə də turistlər tərəfindən böyük maraqla qarşılanır. Binalarda çəkilən rəsmlərdə qədim Bakı və Azərbaycan ədəbiyyatının ən məşhur nümunələri əks olunub.

Gənc rəssamların fikrincə, paytaxtda elə binalar var ki, onlar küçə rəsmləri çəkmək üçün çox əlverişlidir.

Belə şəkilləriin sayını artırmaqla Bakını dünyanın ən məşhur "street art" şəhərlərindən birinə çevirmək olar.


Vəziyyəti pis olan sərnişini tualetə apardı,qapını açdı və... - İnanılmaz / FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR