Avstraliyada maraqlı hadisə baş verib.
Metbuat.az-ın məlumatına görə, yerli sakin dünyanın ən qədim şüşə mesajını tapıb.Avstraliyanın qərb sahilində tapılan şüşə qabın içində məktub aşkarlanıb. Məlum olub ki, məktub 132 il əvvəl Almaniyaya məxsus gəmi tərəfindən atılıb.
Qeyd edək ki, bu ən qədim şüşə mesajı kimi qəbul edilir. Məktubda gəminin adı, kapitanın kimliyi, tarix və digər qeydlər yazılıb.
Qeyd edək ki, əvvəllər müxtəlif qurumlar belə testlər həyata keçirib. Gəmidən şüşələr atılıb və onları tapanlardan Almaniya konsulluğuna təqdim olunmaları xahiş olub. Məqsəd asan və rahat dəniz yolunu tapmaq olub.
Sübhan / METBUAT.az