Miqrantlara qarşı daha sərt qanun

Miqrantlara qarşı daha sərt qanun
12:51 11 Yanvar 2015
173 Dünya
Ölkə mətbuatı
A- A+

Əmək miqrantlarına Rusiyaya girişi 10 illik qadağan edən qanun qüvvəyə minib.

ANS PRESS-in məlumatıan görə, qanun keçən şənbə - yanvarın 10-da qəbul edilib. Bu qanun Rusiyada nizam-intizamı pozan miqrantlara qarşı tətbiq edilə bilər.

Qeyd edək ki, Rusiyada iqtisadi vəziyyətin çətinləşməsi və miqrantlar haqqında qanunun sərtləşdirilməsinə görə, 2015-ci ilin yanvar ayının əvvəlində ölkəyə gələn miqrantların sayı keçən ilin yanvar ayının əvvəli ilə müqayisədə 70 faiz azalıb. Əvəzində Rusiyaya gələn ukraynalıların sayında artım olub.

Bununla belə, Rusiya rəsmiləri ölkənin əmək miqrantlarına ehtiyacı olduğunu bildirirlər. Bu ehtiyacı ödəmək üçün isə "amnistiya"nın tətbiq edilə biləcəyini bildirirlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR