Slovakiyada sərnişin və yük qatarları toqquşub

Slovakiyanın Pezinok şəhəri yaxınlığında sərnişin və yük qatarları toqquşub.

Metbuat.az-ın məlumatına görə, hadisə nəticəsində azı 17 nəfər xəsarət alıb.

Qəza zamanı sərnişin qatarında 80 nəfər olub. Yaralılardan 3-ün vəziyyəti ağırdır.

Hazırda hadisə yerində xilasedici əməliyyat davam etdirilir. Qəzanın səbəbləri araşdırılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR