Yaponiyanın müxalifət partiyaları parlamentdəki debatlara qayıdıblar.
Metbuat.az xəbər verir ki, Yaponiyanın altı müxalifət partiyası torpaq sahəsinin mübahisəli satışı ilə əlaqədar sənədlərdə Maliyyə Nazirliyi tərəfindən aparılmış dəyişikliklərlə bağlı parlamentin iclaslarını boykot etməyi dayandıraraq, martın 16-da parlamentdəki debatlara qayıdıblar.
Həmin partiyalar hakim koalisiya ilə martın 19-da parlamentin yuxarı palatasının iclasının keçirilməsi barədə razılığa gəliblər. İclasda baş vermiş qalmaqalla əlaqədar hökumət sənədlərinə nəzarətin müzakirə olunacağı bildirilir.
Baş nazir Şinzo Abenin və maliyyə naziri Taro Asonun da həmin iclasda iştirak edəcəkləri bildirilir.