Məmmədyarovdan növbəti qələbə

Məmmədyarovdan növbəti  qələbə
04:43 17 Mart 2018
125 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın paytaxtı Berlindəki İddiaçılar Turnirində VI turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Vladimir Kramniklə qarşılaşıb. Rəqib 64-cü gedişdə təslim olub.

Bununla da Məmmədyarov turnirdə ikinci qələbəsini qazanıb. O, ilk turda İddiaçılar Turnirinin ötən qalibi, rusiyalı Sergey Karyakini yenib.

İddiaçılar Turniri, VI tur

Fabiano Karuana (ABŞ) – Aleksandr Qrişuk (Rusiya) - 0.5:0.5

Uesli So (ABŞ) – Levon Aronyan (Ermənistan) - 1:0

Din Lirjen (Çin) – Sergey Karyakin (Rusiya) - 0.5:0.5

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Vladimir Kramnik (Rusiya) 1:0

Qeyd edək ki, hazırda Məmmədyarov və Karuana hərəyə 4 xalla turnir cədvəlinə başçılıq edirlər. Qrişuk, Lijen və Kramnik hərəyə 3 xalla 3 - 5-ci, Aronyan və So hərəyə 2.5 xalla 6-7-ci, Karyakin isə 2 xalla 8-ci yerdədir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/234600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR