“Qarabağ” Antalyada (FOTO)

“Qarabağ” Antalyada (FOTO)
12:56 11 Yanvar 2015
173 İdman
Ölkə mətbuatı
A- A+

Təlim-məşq toplanışı üçün Bakı-İstanbul-Antalya reysiylə qardaş ölkəyə hərəkət edən "Qarabağ" klubu artıq Antalyadadır.

ANS PRESS-in məlumatına görə, Ağdam təmsilçisi Antalyada 21 gün təlim-məşq toplanışında olacaq. Bu barədə klubun rəsmi "facebook" səhifəsində fotoşəkil paylaşılıb.

Fevralın 1-də Bakıya qayıdacaq Türkiyədə altı yoxlama matçı keçirəcək.

Qurban Qurbanovun komandası Türkiyədə 21 gün təlim-məşq toplanışında olacaq və fevralın 1-də Bakıya dönəcək. Təlim-məşq toplanışı müddətində "Qarabağ" Bələk bölgəsindəki "İC Santai" otelində məskunlaşacaq.

21 gün ərzində komanda 6 yoxlama oyunu keçirəcək. "Qarabağ" yanvarın 17-də "Split" (Xorvatiya), 21-də "Sürix" (İsveçrə), 24-də "Levski" (Bolqarıstan), 27-də "Legiya", 29-da "Mordoviya" (Rusiya), 31-də isə "Tarqu Mureş"lə (Ruminiya) qarşılaşacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=318976

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR