Adada hər şey qadağan olundu, sabah həyat...

İndoneziyanın Bali adasında sabah Hinduların "Nyepi" olaraq tanınan "səssizlik bayramı" səbəbi ilə turistlər də daxil olmaqla heç kim küçəyə çıxmayacaq.

Metbuat.az xəbər verir ki, bayram ərəfəsində gün ərzində bütün uçuşlar ləğv ediləcək və mobil telefonlarda internet kəsiləcək. Balidə küçələrdə sadəcə hər kəsin qaydalara əməl etməsinə nəzarət edən "Pecalanglar" gəzəcək.

Şeytanın yer üzünə endiyinə inanılan "Nyepi" bayramında Hindular şansızlıqları və uğursuzluqları qovmaq üçün danışmaq, əylənmək və elektrik istifadəsi kimi fəaliyyətlərdən uzaq duracaq.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR