Cüt ekranlı telefon satışa çıxarılıb -1050 AZN

Cüt ekranı ilə ağıllı telefon anlayışını dəyişdirəcək "Meizu Pro 7 Plus" Türkiyədə satışa çıxarılıb.

Metbuat.az xəbər verir ki, yeni "Meizu Pro 7 Plus"un ən səciyyəvi xüsusiyyəti şübhəsiz ki, arxa hissədə yerləşən 1.9 düymlük ikinci ekranıdır. Bundan əlavə cihazın 16 MP ön kamerası və 12 MP arxa kamerası var.

Mobil cihazın başqa xüsusiyyətləri:

Prosedur: Mediatek Helio X30

RAM yaddaş: 4 GB / 6GB

Depolama : 64 GB / 128 GB

Ekran: 5.7 düym QHD Super AMOLED, 1.9 düym (240536 pixel)

Arxa Kamera: 12 MP Sony IMX386 RGB sensor, 12mp monoxromatik

Ön Kamera: 16 MP f/2.0

Batareya: 3500 mAh

Əməliyyat Sistemi: Android 7.1.1 Nougat

Türkiyədə də satışa çıxarılan mobil cihazın qiyməti 2199 TL-dir ( təxminən 1050 AZN).

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR