Bu heyvanın südü milyonlarla insanı ölümdən xilas edə bilər - ARAŞDIRMA

Avstraliyalı elm adamları dünyada qorxu yaradan, antibiotiklərə dözümlü bakteriyalara qarşı yeni üsul üzərində çalışdıqlarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, "CSIRO" və "Deakin" universitetindən tədqiqatçılar Avstraliya və Tazmanyaya xas bir yarı dəniz məməlisi olan "Ornitorenk"in bu problemi həll edəcək canlı olduğunu irəli sürüblər.

Araşdırmanı aparan şəxslərdən professor Janet Nevman "Ornitorenk südündəki protein antibakteriyal təsir göstərir. Süd vasitəsilə hazırlanacaq yeni dərmanlarla antibiotik müqavimətini yox edə, milyonlarla insanın həyatını xilas edə bilərik"-deyib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR